“İçərişəhər” stansiyasında sərgi keçiriləcək
Azərbaycan xalqının çoxəsrlik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin canlandırıldığı 14 rəsm əsərinin nümayiş olunacağı sərgi dekabrın 16-da “İçərişəhər” stansiyasının vestibülündə başlanacaq.
Qeyd edək ki, rəsm əsərlərinin müəllifləri universitetin bu məsələlərdə xüsusi rol oynayan və ədəbi-bədii bacarığı olan tələbələrə dəstək verən yaradıcılıq mərkəzinin üzvləridir.
Sərgi zamanı həmçinin bu ali təhsil ocağının yaradıcılıq mərkəzinin daha bir fəal qrupu da öz istedadını nümayiş etdirəcək. Stansiyanın vestibülündə qrupun teatr truppasının Nəsimi yaradıcılığına həsr olunmuş səhnəciyindən bir fraqment numayiş olunacaq.
“Bakı Metropoliteni” hər kəsi istedadlı gənclərin yaradıcılığı ilə tanış olmağa, onlara dəstək verməyə dəvət edir.
Xatırladaq ki, sərgi zamanı yaradıcı qrupun üzvləri maraqlanan tamaşaçılara tövsiyələrini verərək, master-klas da keçəcəklər.
Azvision.az
Teqlər: Metro Sərgi İçərişəhər