Bu il Azərbaycanda 1,7 milyondan çox ağac əkilib

  30 Dekabr 2019    Oxunub : 1091
 Bu il Azərbaycanda 1,7 milyondan çox ağac əkilib
2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, mövsüm ərzində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN