Bakıda itkin düşən 4 nəfər tapılıb

  13 Fevral 2020    Oxunub : 2123
Bakıda itkin düşən 4 nəfər tapılıb
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövlərdən bağlı olan cinayətlərdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Polis   Cinayət