“Problem gözlədiyimizdən daha tez başa çatacaq” - Elman Rüstəmov

  11 Mart 2020    Oxunub : 2483
 “Problem gözlədiyimizdən daha tez başa çatacaq” - Elman Rüstəmov
Bu gün strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var və Dövlət Neft Fondunun transfertləri dəyişmir: "Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”.

Azvision.az

Teqlər: Elman-Rüstəmov   Mərkəzi-Bank   Sədr