Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi

   Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi
  16 Aprel 2020    Oxunub:2677
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq qoşulan hər kəsə minnətdarlığını bildirib.
Azvision.az-ın məlumatına görə, bu barədə Birinci vitse-prezidentin rəsmi İnstaqram səhifəsində paylaşım edilib.

Paylaşımda bildirilir: "Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!".

Azvision.az


Teqlər: Mehriban-Əliyeva  





Xəbər lenti