Bakıda ən çox yoluxma yenə Yasamaldadır

   Bakıda ən çox yoluxma yenə Yasamaldadır
  29 May 2020    Oxunub:3617
Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma ilə bağlı statistika açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Yasamal rayonunda virusa yoluxma 14,5 faiz təşkil edir.

"Nəsimi rayonunda yoluxma 13 faiz, Sabunçuda 13,5 faiz, Binəqədi rayonunda 11,1 faiz, Xətai rayonunda 10 faiz, Qaradağda 7,4 faiz, Suraxanı rayonunda 6,4 faiz, Nizami rayonunda 5,9, Nərimanovda isə 10,5 faiz olub".

TƏBİB sədri qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma üç faizdən aşağıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti