İbrahim Məmmədov: “Ölkədə maska qıtlığı ola bilməz”

  03 İyun 2020    Oxunub : 2640
     İbrahim Məmmədov:    “Ölkədə maska qıtlığı ola bilməz”
Tibbi maskalar vahid qiymətə - 30 qəpiyə satılır. Lakin idxal olunan maskaların qiyməti fərqlidir.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, tələbat yüksəldiyi üçün xarici istehsalçılar qiyməti artırıb.
“30 qəpikdən artıq yaranan fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Lakin maskalara görə cərimələrin olması kimlərdəsə möhtəkirlik etməyə səbəb ola bilər. Bununla bağlı həmin şəxslərə xəbərdarlıq edilir. Bizim iki maska istehsalı zavodumuz var. Onların ikisinin birlikdə istehsal gücü 500 mindir. Bəzi günlər 235 mindən 300 minə qədər satış olub. Gündəlik 500 min maska tələbatı ödəyir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Koronavirus