Xaricdə yerləşən əmlakın müsadirə olunma proseduru

 Xaricdə yerləşən əmlakın müsadirə olunma proseduru
  05 İyun 2020    Oxunub:2865
Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması proseduru müəyyənləşir.

Belə ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinə əlavə olunur. Məcəlləyə təklif olunan dəyişiklikdə qeyd edilib ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun   Layihə  





Xəbər lenti