Teleaparıcıya nazirlikdə vəzifə verildi

 Teleaparıcıya nazirlikdə vəzifə verildi
  11 Avqust 2020    Oxunub:9452
Tanınmış teleaparıcı Murad Həşimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Qeyd edək ki, M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı olub.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Azvision.az


Teqlər: Murad-Həşimov  





Xəbər lenti