Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı - VİDEO

   Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı -  VİDEO
  06 Sentyabr 2020    Oxunub:6459
AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa çıxıblar.
Azvision.az xəbər verir ki, hər iki şəxs 15 günlük intizabi həbs cəzasını başa vurublar.

Jurnalistlərə açıqlama verən sabiq deputat əməlinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan üzr istəyib, bağışlanmasını diləyib.



Qeyd edək ki, keçmiş deputat İ.Əliyev karantin rejimini pozaraq avqustun 18-də Novxanıdakı bağ evində qızına toy mərasimi keçirib. O, bu səbədən 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Ölkədə böyük qalmaqala səbəb olan toyda iştirak edən digər şəxslər də cəzalandırılıblar.

Azvision.az


Teqlər: Ramiz-Mehdiyev  





Xəbər lenti