Erməni terroru informasiya müstəvisində

 Erməni terroru informasiya müstəvisində
  03 Noyabr 2020    Oxunub:2414
“Ermənilərin hazırda obyektiv informasiya yayan ayrı-ayrı televiziya, qəzet və digər media qurumlarına qarşı istifadə etdikləri təzyiq və təhdidlər erməni terrorunu informasiya müstəvisində də tətbiq etmələridir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Ermənistan necə terrorçu dövlətdirsə, işğalçı orduları necə terrorçudursa, mülki, dinc sakinləri hədəf alırlarsa, elə erməni lobbisi də informasiya müstəvisində bu terrorun davamını həyata keçirir:

“Qərbi Avropanın ən nəhəng ölkələrindən biri olan Fransanın TF1 telekanalının müxbirinin ASALA terror təşkilatının üzvü olan Papazyan tərəfindən ölümlə hədələnməsi əslində, bir daha erməni terrorunun bu gün nə dərəcədə aqressiv olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün dünya bir daha aydın dərk edir ki, Azərbaycan əslində kimlərlə, necə bir işğalçı ölkə ilə, terroru mənimsəmiş və xislətində, hərəkətlərində onu hər addımbaşı nümayiş etdirən terrorçu birləşmələrlə üzbəüzdür.



Eyni zamanda, “New York Times” qəzetində dərc olunan obyektiv yazıya görə erməni lobbisinin ABŞ-da həyata keçirdikləri də eynilə yenə terrorçuluqdur. Ondan bir qədər əvvəl ABŞ-ın ayrı-ayrı ştatlarında yol kəsərək, ictimai qaydaları pozaraq, yerli hakimiyyət orqanlarına təzyiq etməyə çalışan erməni lobbisinin üzvləri də etdikləri hərəkətlə yenə terrorçu olduqlarını nümayiş etdirirlər. Çünki ictimai asayişi pozmaq, güc tətbiq etmək terrorizmdir. Ona görə də Qərb dərk etməlidir ki, əgər doğrudan da sivil davranış, Avropa dəyərləri, insan hüquqları alidirsə, o zaman mütləq ona qarşı çıxan terrorçular cəzalandırılmalıdır. İnformasiya müstəvisində terror törədənlər, qonşu ölkələrə qarşı terror həyata keçirənlər mütləq cəzalandırılmalıdır.

Nəhayət, söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq öz layiq olduqları cəzanı almalıdırlar. Əminəm ki, hazırkı informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır və dünya yenidən erməni terrorçularını tanımalıdır”.

Azvision.az


Teqlər: Erməni   Terroru  





Xəbər lenti