Ağdamda düşmənə ağır zərbə: Ölən və yaralılar var

Ağdamda düşmənə ağır zərbə:  Ölən və yaralılar var
  06 Noyabr 2020    Oxunub:3607
Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Düşmən   Zərbə   Qarabağ  





Xəbər lenti