“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb” - Aİ rəsmisi

   “Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb” -    Aİ rəsmisi
  04 Aprel 2021    Oxunub:1598
“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti