"NATO soyuq müharibə təfəkküründən əl çəkməlidir"- Çin XİN

"NATO soyuq müharibə təfəkküründən əl çəkməlidir"-   Çin XİN
  21 Dekabr 2021    Oxunub:694
Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti NATO-nu tənqid edib. AzVision.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Çin NATO-nu ideoloji xurafatdan əl çəkməyə çağırıb.
Bildirilir ki, qurum beynəlxalq və regional təhlükəsizliyi qorumaq üçün daha çox işlər görməlidir.

- Dünyanın ən böyük hərbi ittifaqı NATO soyuq müharibə təfəkkürü və ideoloji qərəzlərdən əl çəkməli, beynəlxalq və regional təhlükəsizliyi, sabitliyi qorumaq üçün daha çox səylər göstərməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Çin  





Xəbər lenti