İrəvanda sabah da etiraz aksiyaları təşkil olunacaq

   İrəvanda sabah da etiraz aksiyaları təşkil olunacaq
  26 Aprel 2022    Oxunub:887
Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan İrəvanda aprelin 26-na təyin edilmiş etiraz aksiyalarının başa çatdığını bəyan edib. AzVision.az xəbər verir ki, daşnak deputat buna rəğmən sabah da müxtəlif aksiyaları davam etdirəcəklərini deyib.
- Bu gün bir qrup Tiqranaşendən artıq Yerasxa çatıb. İcevandan da bir qrup Dilicana çatıb. Ertəsi gün Sərdarapat və Baş-Aparandan olan vətəndaşlarımız da bizə qoşulacaq, - Saqatelyan deyib.

İrəvanda etirazçılar barrikadalar qurur - VİDEO
O əlavə edib ki, aksiyalarda müxtəlif siyasi qüvvələr, ictimai qruplar, ayrı-ayrı şəxslər iştirak edəcək.

Aprelin 27-də əsas yürüş saat 18:30-da başlayacaq, etirazçı kütlə faşist Qaregin Njdenin abidəsindən hərəkətə başlayacaqlar. Saqatelyan qeyd edib ki, aksiyalar əsas mitinqin keçiriləcəyi mayın 1-dək davam edəcək. Bundan sonra müxalifət gələcək fəaliyyət planını təqdim edəcək.

Xatırladaq ki, aprelin 25-dən etibarən müxalifət nümayəndələri İrəvanın müxtəlif rayonlarında aksiyalar keçirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti