Meydana uşaqlar çıxır- İrəvan məktəbləri də aksiyalara qoşuldu - VİDEO

      Meydana uşaqlar çıxır-    İrəvan məktəbləri də aksiyalara qoşuldu    - VİDEO
  22 Sentyabr 2023    Oxunub:1018
Xəbər verdiyimiz kimi Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir.
Polislə etirazçılar arasında toqquşmalarla müşayiət olunan aksiyalar zamanı 80-dən çox saxlanılan var. Aksiyalara İrəvanın A. Marqaryan adına 29 saylı orta məktəbin şagirdləri də qoşulub.

Koçaryanın oğlu kəllə-beyin travması aldı - VİDEO
"Mamul" saytı yazır ki, "məktəbli tətili" adlanan etiraz aksiyası zamanı onlar dərsə girməkdən imtina ediblər.

Müəllimlərdən biri jurnalistlərə deyib ki, “Tətillə bağlı heç bir problem yaradılmamalıdır. Çünki uşaqlar da azad vətəndaşdırlar, öz fikirlərini istədikləri kimi ifadə edə bilərlər. Müəllimlərin vəzifəsi isə təxribatların qarşısını almaqdır”.

Xatırladaq ki, bu gün “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı Saryan küçəsində keçirdiyi aksiya zamanı Andranik Marqaryan adına məktəbin şagirdləri də dərslərdən imtina edərək qoşulmuşdular.

Qeyd edək ki, Azərbaycan Qarabağda antiterror tədbirlərə başladan gündən Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar əsasən paytaxt küçələrini bağlayırlar. Bununla paralel olaraq İrəvanın Respublika meydanında xeyli sayda polis qüvvələri yerləşdirilir və onlar hökumət binasının qarşısında "canlı divar" rolunu oynayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Tətil   Məktəb   İrəvan  





Xəbər lenti