- Türkiyə və Azərbaycan uzun müddətdir ki, əməkdaşlıq edir. Onlar qarşılıqlı razılaşma əsasında tələsmir, inamlı addımlarla irəliləyirlər və gördüyümüz kimi, münaqişə zamanı uğur çarxı tamamilə onların tərəfində olur. Bu reallıq 2016-cı ildə dördgünlük müharibədən başladı və bu gün də davam edir. Hazırda daxili və xarici siyasət sferasında bu uğuru şərtləndirən amilləri sadalamağın mənası yoxdur. Amma bütün bunların kontekstində Zəngəzur dəhlizi ətrafında baş verən proseslərə nəzər salmaq çox vacibdir, - o gileylənib.
İranlı “ekspert”lərin Zənəgəzur dəhlizində Türkiyə xofu |
"Çoxları belə bir fikir irəli sürür ki, həmin bölgədə yeni və lokal müharibə olacaq. Bu zaman Sünik şəhərinin bir hissəsi əldən çıxacaq. Bu, Ermənistan üçün yeni, geridönməz, ağır itkilərlə nəticələnə bilər. Son illərin hadisələri də göstərdi ki, heç bir müqavilə, bəyannamə, beynəlxalq hüquq və bu kimi şeylər məlum proseslərə, Bakı və Ankaranın planlarına mane ola bilməz. Onlar əlverişli beynəlxalq vəziyyətdən də ruhlanırlar. Qərb həmişə olduğu kimi yenə sadəcə havaya atəş açacaq . Buna son sübut "Xankəndinin süqutu"dur.
Rusiya isə faktiki olaraq öz öhdəliklərini yerinə yetirmir. Moskva bölgədə hərbi nəzarətini sona qədər təmin edəcək və yenə də müşahidəçi statusunda qalacaq. Tehranın qırmızı xətlərlə bağlı verdiyi ardıcıl açıqlamaları da az əhəmiyyət kəsb edir. Biz buna əmin idik. Söylənənlər sadə həqiqətlərdir və onları anlamamaq olmaz. Ermənistan Respublikasının hakimiyyətinə müraciət edirəm, artıq “dəhliz məntiqi” ifadəsi (Zəngəzurda dəhliz yox, adi yol verəcəyik açıqlamaları-red.) ilə qəhrəmanlıq etməyin vaxtı deyil. Gənclərimizin həyatını xilas etmək üçün təcili danışıqlara gedin", - o qeyd edib.
Tural Tağıyev
AzVision.az