Samvel sərsəmlədi: "Dağlıq Qarabağ" ləğv olunmayıb"

    Samvel sərsəmlədi:    "Dağlıq Qarabağ" ləğv olunmayıb"
  20 Oktyabr 2023    Oxunub:1292
Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyan təxribat xarakterli açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, separatçıların İrəvandakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirən Qarabağ ermənilərinə "Dağlıq Qarabağ"ın ləğv olunmadığını deyib.

Şahramanyan gileyləndi: "Hamımız çətin vəziyyətdəyik"
2024-cü il yanvarın 1-dək "DQR"-in buraxılması ilə bağlı imzaladığı fərmanı şərh edərkən həyasızcasına qeyd edib ki, "heç bir sənəd "xalq"ın yaratdığı "dövlət"i ləğv edə bilməz".

Şahramanyanın sözlərinə görə, yaxın vaxtlarda o, Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və bu verilişdə insanları narahat edən bütün məsələlərə toxunacaq. O, sentyabrın 20-də imzalanan atəşkəs sazişinə də toxunub. Keçmiş xunta rəhbərinin sözlərinə görə, hazırda etiraz üçün nümayəndəliyə toplaşanların hamısı sənədin imzalanmayacağı təqdirdə nələrin baş verəcəyini və Azərbaycan hərbçilərinin Xankəndinin bir addımlığında olmasını çox gözəl anlayır.

Xatırladaq ki, Qarabağdan Ermənistana könüllü getmiş ermənilərin bir qismi aksiya keçirirlər. Onlar keçmiş qondarma qurumun "dövlət qurumları"nın işçilərinə maaş verilməsinin dayandırılması ilə bağlı qərarına etiraz edirlər.

Dünən isə məlum olub ki, Şahramanyan oktyabrın 1-dən "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra digər yüksək rütbəli "məmurlar" istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın və tabeli strukturların işçilərinə əməkhaqqının verilməsinin dayandırılması haqqında fərman imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Ermənistan  





Xəbər lenti