Koçaryan: "Samvel "Dağlıq Qarabağ"ı ləğv etməyibsə, İrəvanda nə gəzir?"

   Koçaryan:   "Samvel "Dağlıq Qarabağ"ı ləğv etməyibsə, İrəvanda nə gəzir?"
  23 Oktyabr 2023    Oxunub:932
Xəbər verdiyimiz kimi Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyan sərsəm fikirlər səsləndirib. O, Dağlıq Qarabağın özünü buraxmadığını iddia edib.
Bu gün jurnalistlərə açıqlama verən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan baş separatçını tənqid edib.

Qarabağ erməniləri Şahramanyanın "ofisi"nə soxuldular - VİDEO
Şahramanyanla bağlı sualı cavablandıran Koçaryan onun son açıqlamasından qıcıqlandığını gizlətməyib: “Qoy Şahramanyan qərar versin ki, o, kağıza ("Dağlıq Qarabağ"ın ləğvi haqqında sərəncam-red.) imza atıb, ya yox.

Əgər Samvel o sənədə qol çəkməyibsə, niyə indi Ermənistandadır. Axı Qarabağda vəzifə başında olmalı idi. Belə olan halda qarabağlılar niyə evlərini tərk etdilər?".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti