FSB Duqinanın qətlində daha bir "Ukrayna izi" tapıb |
Qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Xidməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə sıx əməkdaşlıq edir. Onlar Krımın Rusiya tərəfindən ilhaqından sonra 10 ilə yaxındır ki, bu və digər əməliyyatlara hazırlaşırlar. Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, MKİ Kiyevdə əhəmiyyətli dərəcədə öz təsirini və mövcudluğunu qoruyub saxlayır. Lakin “Ukraynanın ölümcül əməliyyatlara meyli” iki ölkə arasında əməkdaşlığı çətinləşdirib.
MKİ-nin yüksək rütbəli rəsmilərindən biri qeyd edib ki, “Ukraynanın kəşfiyyat əməliyyatları daha da cəsarətli olarsa, məsələn, onlar üçüncü ölkələrdəki rusları hədəfə alarlarsa, bunun Kiyevin tərəfdaşları ilə necə çəkişmələrə səbəb ola biləcəyini təsəvvür etmək çətin deyil. Bu, Ukraynanın daha geniş strateji hədəflərinə çatmasına da təsir edəcək".
Xatırladaq ki, avqustun 21-i axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində ölümlə nəticələnən partlayış baş vermişdi. Sonradan məlum oldu ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən partlayaraq yanıb. Darya Duqina məşhur ictimai xadim Aleksandr Duqinin qızıdır. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin qızının avtomobilində olmalı imiş. Lakin son anda plan dəyişib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Darya Duqinaya qarşı təşkil olunmuş sui-qəsddə “Ukrayna izi” tapmışdı.
Tural Tağıyev
AzVision.az