"Vaqner"in Priqojinsiz günləri: "Axmat"la birləşib "Kamerton" oldular

      "Vaqner"in Priqojinsiz günləri:    "Axmat"la birləşib "Kamerton" oldular
  02 Noyabr 2023    Oxunub:1251
"Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) keçmiş döyüşçüləri "Axmat" xüsusi təyinatlılarının tərkibində "Kamerton" adlı dəstə yaradıblar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Arvadının başını kəsməyə çalışan "Vaqnerçi" polisə hücum etdi
Qeyd edilir ki, yeni dəstənin üzvləri Ukraynada, hərbi əməliyyatlar zonasındakı poliqonlarda döyüş koordinasiyasından keçirlər.

Məlumata görə, "Kamerton"da əsasən keçmiş "vaqnerçi"lərin komandirləri, zirehli tank qrupları, artilleriyaçılar və hücum qrupları toplaşıblar.

"Zirehli tank qrupları və artilleriya ekipajlarının tərkibi 100 faiz keçmiş "Vaqner" döyüçüləridir. Hücum bölmələri və digərlərinin isə 60 faizi "vaqnerçi"dir", - məqalədə yazılıb.

Qeyd edək ki, "Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojin sağ ikən bu özəl hərbi şirkətin döyüşçüləri ilə "Axmat" arasında tez-tez konfliktlər olurdu.

Oktyabrın 28-də "Axmat" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov açıqlama verərək demişdi ki, "Vaqner"in keçmiş işçiləri rəhbərlik etdiyi xüsusi təyinatlıların bölmələrinə keçir və xüsusi hərbi əməliyyat zonasına yollanırlar.

Noyabrın 1-də isə Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" ÖHŞ-nin keçmiş tibb işçilərinin "Axmat" bölmələrinin sıralarına qoşulacağını açıqlamışdı.


Xatırladaq ki, iyunun 23-dən 24-dək Priqojinin silahlı dəstələri uğursuz şəkildə hərbi üsyan etmişdilər. Hərbçilər Priqojinin tapşırığı ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifədən uzaqlaşdırmaq üçün Moskvaya doğru yola çıxmışdılar. Lakin silahlılardan ibarət kolonlar artıq Rusiya paytaxtının yaxınlığında olanda "Vaqner" rəhbəri gözlənilmədən fikrini dəyişdi.

Bu hadisədən çox keçməmiş içərisində Priqojin və "Vaqner" rəhbərlərinin olduğu təyyarə müəmmalı şəkildə vuruldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Vaqner   Axmat  





Xəbər lenti