Keçmiş kəşfiyyatçı: "Zelenski hakimiyyəti çökəcək!"

 Keçmiş kəşfiyyatçı:  "Zelenski hakimiyyəti çökəcək!"
  08 Yanvar 2024    Oxunub:1395
ABŞ-ın keçmiş kəşfiyyatçılarından olan Skot Ritter Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, "U.S. Tour of Duty"yə müsahibəsində Kiyev rejiminin qeyd-şərtsiz təslim olacağını və Vladimir Zelenski hakimiyyətinin çökəcəyini proqnozlaşdırıb. Keçmiş kəşfiyyat zabiti iddia edib ki, “Heç bir danışıq aparılmayacaq. Kiyevin heç bir şərt irəli sürmədən kapitulyasiyası isə Zelenski rejiminin süqutuna gətirib çıxaracaq”.

Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: "Odessa ələ keçən kimi, münaqişə bitəcək"
Rusiyanın Ukrayna qoşunlarına zərbələri fonunda danışıqların aparılması heç real da görünmür. Ritter xatırladıb ki, Kiyevin Ukraynadakı silahlı münaqişəni dayandırmaq şansı var. Lakin Ukrayna rəhbərliyi hər dəfə belə addımlardan imtina edib.

Qeyd edək ki, Skot Ritter bir neçə dəfə Kiyevin maraqlarına uyğun olmayan proqnozlar verib. O, hətta bir müddət öncə “Müfəttişdən soruş” podkastında danışarkən deyib ki, əgər Ukrayna Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, ərazilərini itirməkdə davam edəcək.

Bundan əvvəl istefada olan fransalı polkovnik və geosiyasət üzrə ekspert Per de Yonq TV5 Monde telekanalının efirində bəyan etmişdi ki, Ukrayna ordusunun əlində olan sursatlar fevral ayında bitəcək. Onun fikrincə, hazırda bu ölkədə hərblə yanaşı mənəvi tükənmə prosesi də baş verir. Ona görə də Kiyev ABŞ-ın yardımından daha çox asılı olur.
Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   Münaqişə   Kəşfiyyat  





Xəbər lenti