Ukraynada əsgərlər sursat tapmırlar - “Le Point”

      Ukraynada əsgərlər sursat tapmırlar    - “Le Point”
  08 Yanvar 2024    Oxunub:945
"Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ciddi silah çatışmazlığından və cəbhədəki yorğunluqlarından gileylənirlər".
Bu barədə Fransanın “Le Point” saytı məlumat yayıb.

Nəşrə müsahibə verən əsgərlərdən biri deyib ki, “Təchizat və sursat yoxdur, qoşunların sayı isə azdır. Burada insanlar artıq yorulublar, komandanlığın fəaliyyəti səmərəsizdir. Bəli, hazırki vəziyyət təcili həll tələb edir”.

Keçmiş kəşfiyyatçı: "Zelenski hakimiyyəti çökəcək!"
Açıqlama verən əsgərlər iddia edirlər ki, Rusiya ordusu tükənməz mərmi ehtiyatına, eləcə də say üstünlüyünə malikdir. Buna görə də Rusiya Silahlı Qüvvələri cəbhənin bir neçə sektorunda aktiv təzyiqi saxlaya bilib.

“Le Point” hazırda cəbhədə vəziyyətin Ukrayna müharibəsinin ilk aylarındakı kimi kritik olduğunu yazıb.

Qeyd edək ki, bundan öncə Almaniyanın “Berliner Zeitung” qəzeti də oxşar məqalə dərc etdmişdi. Nəşr Ukraynanın 2024-cü ildə Qərb ölkələrinin yardımlarının azalacağı təqdirdə yeni ərazilər itirə biləcəyini yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cəbhə   Rusiya  





Xəbər lenti