Vardanyan: "Vətən sevgimiz 5-ci qədəhdən sonra bitir"

   Vardanyan:    "Vətən sevgimiz 5-ci qədəhdən sonra bitir"
  09 Yanvar 2024    Oxunub:2251
Ermənistanın müxalifət fəalı, tanınmış ictimai xadim Tiqran Vardanyan erməni boşboğazlığı haqqında diqqət çəkən fikirlər səsləndirib.
O, "Mamul"a açıqlamasında xalqını aşağılayan sözlər işlədib.

Vardanyan ermənilərin Vətən, dövlət haqqında işlətdikləri sözlərin mənasız söz yığınından başqa bir şey olmadığını deyib: "Sadəcə olaraq, ermənilərin böyük əksəriyyəti üçün Vətən sevgisi 4-cü ya 5-ci arağ qədəhinin qaldırılması ilə deyilən boş sağlıqlarla başlayır və bitir. Mən bizim azadlıq mahnılarımızı dinləyə bilmirəm. Çünki bu mahnıların bugünkü reallıqla heç bir əlaqəsinin olmadığı anlayıram".

Erməni müxalifəti "yalan maşını"ndan əl çəkmir
Müxalifət fəalı Vətənlə bağlı sağlıq deyən ermənilərin simalarına nəzər yetirəndə insanların sadəcə mənasız natiqlik və ya bir neçə yağlı söz bilmələrini nümayiş etdirdiyini qeyd edib. Yəni vətənpərvərlik boş söz yığınıdır.

"Bu gün “Həyat və mübarizə” filminin birinci və ikinci hissələrinə baxdım. Bir daha əmin oldum ki, erməni ordusu daxildən də darmadağın edilib. Ətrafımda baş verən hadisələri izləyirəm və insanların çoxunun heç nəyə əhəmiyyət vermədiyini görürəm. Problem rus, avropalı və ya amerikalıda yox, bizim özümüzdər!", - erməni siyasətçi xalqının bugünkü durumundan gileylənib.

Qeyd edək ki, Vardanyan tez-tez hakimiyyətə dair tənqidi çıxışları ilə gündəmə gəlir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Müxalifət   Vətən   Erməni  





Xəbər lenti