Türkiyədən Rusiyaya daha 316 min yumurta ixrac edilib

Türkiyədən Rusiyaya daha 316 min yumurta ixrac edilib
  09 Yanvar 2024    Oxunub:919
Türkiyədən ikinci partiya toyuq yumurtası Rusiyaya ixrac edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytında məlumat verilib.

“Yanvarın 5-də Rusiyaya satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Türkiyədən 316,8 min ədəd yeməli yumurtanın ikinci partiyası gətirilib".

Qeyd edək ki, Rusiya 2024-cü il yanvarın 1-dən 1,2 milyard ədədə qədər tədarük olunacaq toyuq yumurtasına idxal rüsumunu sıfırlayıb. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. Qətnamənin məqsədi Rusiya Federasiyasında təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirməkdir.

Xatırladaq ki, Azərbaycandanda Rusiyaya ötən ilin dekabrında yumurta ixrac edilib. Qeyd edək ki, dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası , dekabrın 21-də isə 306 min ədəd ikinci parrtiya yumurta ixrac edilib.

Rosstatın məlumatına görə, ötən ilin noyabrında Rusiya Federasiyasında toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti