Obama gecələr yata bilmir

   Obama gecələr yata bilmir
  09 Yanvar 2024    Oxunub:901
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama diqqət çəkən açıqlamalar verib.
O, Fox News-un “On Purpose” podkastında deyib ki, qarşıdan gələn prezident seçkilərinə görə gecələr yata bilmir.

"Onun açıq sözlülüyü məndə seksual maraq yaratdı" - Mişel Obama
Obamanın həyat yoldaşı aparıcının "gecələr sizi nə oyaq saxlayır?" sualını cavablandırarkən yuxusunun qaçmasını “yaşadığımız dünya” ilə əlaqələndirib.

“Belə bir anlayış var- "həddindən artıq bilmək”. Sən dünyada hər şeydən xəbərdar olan ABŞ prezidenti ilə evli olursansa, bəzən sadəcə bundan yaxa qurtarmaq istəyirsən”, - Obama gileylənib.

Mişel qeyd edib ki, onu maraqlandıran məsələlər müharibələrdən və süni intellektin gələcəyindən tutmuş iqlim dəyişikliyinə və seçici fəallığına qədər olan müxtəlif sahələri əhatə edir. Amerikada qarşıdan gələn prezident seçkiləri isə onların arasında birinci yerdə durur.

“Bunlar mənim yuxumu qaçıran şeylərdir. Çünki onlara nəzarət edə bilmirsən. Mən nələrinsə baş verə biləcəyindən qorxuram. Ona görə ki, bizim liderlərimiz xüsusi önəm daşıyırlar" - dedi ABŞ-ın keçmiş birinci xanımı qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Seçki   ABŞ   Yuxu  





Xəbər lenti