Pentaqon rəhbərində xərçəng xəstəliyi aşkarlanıb

   Pentaqon rəhbərində xərçəng xəstəliyi aşkarlanıb
  10 Yanvar 2024    Oxunub:1103
ABŞ müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyulub. O bundan sonra xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə CNBC həkimlərin yaydığı bəyanata istinadən məlumat yayıb.

Pentaqon Ostinlə vidalaşır? - Xəstəxana qalmaqalı böyüyür
“2023-cü ilin əvvəlində aparılan laboratoriya müayinələrinin nəticələrində edilən dəyişikliklər nazirin müalicə tələb edən prostat vəzi xərçənginə tutulduğunu üzə çıxarıb”, - Telekanal həkimlərin bəyanatından sitat gətirib.

Qeyd edək ki, dünən ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Met Rozendeyl müdafiə naziri Lloyd Ostinin impiçment i üçün qətnamə hazırladığını açıqlayıb. "The Hill"in yaydığı məlumata görə, buna səbəb nazirin keçən həftə xəstəxanaya yerləşdirilməsi barədə Ağ Evə və Konqresə məlumat verməməsidir.

Lloyd Ostin kimdir?

ABŞ prezidenti 2020-ci ildə Ostini müdafiə naziri vəzifəsinə təyin edib. O, tarixdə Pentaqona rəhbərlik edən ilk afroamerikalı olub. Ostin əvvəllər bir neçə kommersiya şirkətinin, xüsusilə "Raytheon Technologies" və "Nucor"un direktorlar şurasında çalışıb.

Bundan əvvəl o, 2013-cü ildən ABŞ Mərkəzi Komandanlığının rəhbəri vəzifəsində də çalışıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Pentaqon   Xərçəng  





Xəbər lenti