WP: “Putin qələbənin yaxın olduğunu hiss edir”

    WP:  “Putin qələbənin yaxın olduğunu hiss edir”
  11 Yanvar 2024    Oxunub:1153
"The Washington Post" post qəzetinin köşə yazarı Li Hokstaderin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə “tezliklə qələbə qazanılacağını hiss edir”. Belə ki, Putin “Rusiyanın məğlubiyyəti ilə bağlı Qərbdəki sevinc fəryadlarına məhəl qoymamağı” məsləhət görüb.
AzVision.az xəbər verir ki, müəllifin fikrincə, Qərbin səbrinin tükəndiyinə əmin olan Putin, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Rusiya iqtisadiyyatını yenidən qurub.

Putin Ukraynada qələbə qazanır - “The Guardian”
Hockstader bu il Rusiya büdcəsinin üçdə birinin müdafiəyə ayrılacağını yazıb. Bu il Kremlin hərbi xərclərinin Rusiya iqtisadi məhsulunun 6%-nə çatacağı gözlənilir ki, bu da əksər NATO ölkələrinin planlaşdırdığı hərbi xərclərdən iki dəfə çoxdur.

“Qərb tərəddüd etdi və nəticədə Ukraynanın hücumu dayandı. Bu, döyüş meydanında vəziyyəti dəyişərək Ukrayna qoşunlarını müdafiə mövqeyinə keçirməyə məcbur etdi. Qərbin tərəddüdünün bariz nümunəsi Krım körpüsünü vura biləcək silahların verilməsindən imtina etməsi oldu”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Müəllif onu da xatırladır ki, Almaniya kansleri Olaf Şolz hələ də Kiyevə Taurus raketləri verməkdən ehtiyat edir. Amma bununla belə, eyni zamanda, onun fikrincə, müharibənin gedişatını dəyişə biləcək heç bir “super silah” yoxdur.
Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Putin   Ukrayna   Qələbə  





Xəbər lenti