Kənani: "Yəmənin vurulması regionda qeyri-sabitliyi artıracaq"

   Kənani:    "Yəmənin vurulması regionda qeyri-sabitliyi artıracaq"
  12 Yanvar 2024    Oxunub:1283
ABŞ və İngiltərənin husilərin Yəməndəki mövqelərinə hücumları regionda qeyri-sabitliyin artmasına səbəb olacaq.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

Yəmənə endirilən zərbələrin sayı açıqlandı - VİDEO
Kənaninin sözlərinə görə, ABŞ və Britaniyanın davranışları dünya ictimaiyyətinin diqqətini Qəzza zolağındakı vəziyyətdən yayındırmağa hesablanıb.

İranlı diplomat Yəmənə zərbə endirilməsini özbaşınalıq və ölkənin ərazi bütövlüyünün açıq şəkildə pozulması adlandırıb.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Yəmən   ABŞ  





Xəbər lenti