Rusiya Ukraynada yeni strategiyaya keçib - "Daily Express"

 Rusiya Ukraynada yeni strategiyaya keçib -    "Daily Express"
  12 Yanvar 2024    Oxunub:8154
Rusiyadan gələn kütləvi zərbələr Ukraynanın hava hücumundan müdafiə sistemlərini həddən artıq yükləyir.
Bu fikirlər Britaniyanın "Daily Express" saytında dərc olunan məqalədəndir.

ABŞ Davosda Zelenskidən aydın hərbi plan tələb edəcək - "Bloomberg"
Məqalə müəllifinin fikrincə, Rusiya Ukraynanın məhdud raketdən müdafiə infrastrukturunda zəifliklərdən istifadə strategiyasına keçib.

Hazırda Moskvanın müxtəlif növ dron və raketlərdən istifadə etməklə əraziləri daha intensiv bombalamağa başlaması səbəbindən Kiyevin hava hücumundan müdafiə sistemləri tam sradan çıxma riski ilə üzləşib. Ukraynanın manevr qabiliyyətinə görə mərmiləri vurması çətinləşib.

"Ukrayna getdikcə atılan mərmilərin əksəriyyətini vurmaq iqtidarında olmadığını göstərir və müdafiə sistemləri müəyyən həddə qədər işləyir”, - məqalədə yazılıb.

Qeyd edək ki, bir neçə gün öncə “New York Times” Avropanın Ukrayna münaqişəsindən yorulduğunu yazmışdı.

Almaniyanın “Berliner Zeitung ” qəzeti də Ukraynanın 2024-cü ildə Qərb ölkələrinin yardımlarının azalacağı təqdirdə yeni ərazilər itirə biləcəyini yazmışdı.

Ümumilikdə isə ötən ilin sonlarından Qərb mediasında Ukraynanın cəbhədə uğursuzluğa düçar olmasına dair silsilə yazılar dərc edilir. Hətta məşhur “The Guardian” qəzeti Vladimir Putinin Ukraynada artıq qələbə qazandığını yazmışdı. Məqalə müəllifinin fikrincə, bütün dünyanın diqqəti İsraillə Fələstin arasında alovlanmış müharibəyə yönəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti