ABŞ Yəmənə yeni zərbələr endirə bilər - "Axios"

 ABŞ Yəmənə yeni zərbələr endirə bilər    - "Axios"
  12 Yanvar 2024    Oxunub:1214
ABŞ, Yəmənin şimalla mərkəzini idarə edən və İranın dəstəklədiyi şiə hərəkatı olan Husilərin mövqelərinə yeni zərbələr endirə bilər.
Bu fikirlər "Axios" qəzetində dərc olunan məqalədəndir. Nəşr anonim qalmaq istəyən iki amerikalı məmura istinad edib.

Yəmənə endirilən zərbələrin sayı açıqlandı - VİDEO
Rəsmilərin sözlərinə görə, Vaşinqton hazırda husilərdən cavab gözləyir.

“Onlar (ABŞ-red.) eskalasiyaya can atmasalar da, Vaşinqtonun bölgədəki qüvvələri özlərini müdafiə etməyə və lazım gələrsə, növbəti zərbələr endirməyə hazırdırlar”, - məmurlardan biri deyib.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Dekabr ayında isə ABŞ İranı husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının hazırlanmasına yardımda ittiham edirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Yəmən   Husi  





Xəbər lenti