İtaliya Yəmən əməliyyatından imtina edib - “Reuters”

 İtaliya Yəmən əməliyyatından imtina edib -  “Reuters”
  12 Yanvar 2024    Oxunub:1342
ABŞ ilə İngiltərə İtaliyaya Yəməndə İranın dəstəklədiyi Husilərin mövqelərinə zərbələrdə iştirak etməyi təklif etsə də, Romada rədd cavabı alıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” İtaliya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

ABŞ Yəmənə yeni zərbələr endirə bilər - "Axios"
Agentliyin mənbəsi qeyd edib ki, Roma Qırmızı dənizdə alovlandırıcı deyil, “sakitləşdirici” siyasət yürütməyə üstünlük verir. Onun sözlərinə görə, İtaliya hökuməti istənilən hərbi əməliyyatda iştirak etmək üçün parlamentin dəstəyinə ehtiyac duyacaq. Bu isə tez bir zamanda qərar qəbul etməyi mümkünsüz edir.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Dekabr ayında isə ABŞ İranı husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının hazırlanmasına yardımda ittiham edirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yəmən   İtaliya   ABŞ   Zərbə  





Xəbər lenti