Baydenin reytinqi rekord həddə aşağı düşüb

Baydenin reytinqi rekord həddə aşağı düşüb
  15 Yanvar 2024    Oxunub:905
Amerikalıların yalnız üçdə biri prezident Co Baydenin fəaliyyətini bəyənir. Bu isə onun səlahiyyət müddəti üçün rekord, son 15 ildə isə prezidentlərə aid ən aşağı göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə ABC və beynəlxalq araşdırma şirkəti olan Ipsos-un keçirdiyi sorğunun nəticələrində məlumat verilib.

Bayden niyə ikinci dəfə prezident seçilmək istəyir?
Sorğuda iştirak edənlərin yalnız 33%-i Baydenin siyasətini bəyəndiyini deyib. Bu həmçinin, sentyabrda keçirilən oxşar sorğudakı 37% -lik reytinqdən aşağı olub.

Eyni zamanda, ABŞ vətəndaşlarının 58%-i Baydenin dövlət başçısı kimi fəaliyyətindən narazı olduğunu bildirib. Sentyabrda respondentlərin 56%-i bu fikirdə olub.

ABC-nin məlumatına görə, bu, Corc Buşun 2006-2008-ci illərdə prezident seçilməsindən bəri ən aşağı reytinq sayılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Sorğu   ABŞ   Bayden  





Xəbər lenti