Nazarbayevin qardaşı oğlunun keçmiş arvadının işi məhkəmədə

  Nazarbayevin qardaşı oğlunun keçmiş arvadının işi məhkəmədə
  02 May 2024    Oxunub:706
Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldıya qarşı sahibkarın qanunsuz həbsi ilə bağlı cinayət işini məhkəməyə göndərib.
Bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb. Agentlik Gülmira Satıbaldı və digər şəxslərin sahibkarı qanunsuz həbsdə saxlama, xüsusilə külli miqdarda pul tələb etmə və ağır nəticələrə səbəb olan özbaşınalıqda şübhəli bilinməsi ilə bağlı araşdırmanı yekunlaşıdırb. Qeyd olunub ki, hazırda proses iştirakçıları cinayət işinin materialları ilə tanışlığı başa çatdırıblar.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Almatı şəhərinin cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinə göndərilib. Satıbaldı ilə bağlı Almatı istintaq məhkəməsinin sanksiyası ilə həbs qətimkan tədbiri seçilib.



Satibaldı ölkənin ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldyulinin keçmiş həyat yoldaşıdır. 2022-ci ilin sentyabrında məhkəmə Kairat Satybaldyulini mənimsəmə işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti