Yaponiyanın əsas qida məhsullarından biri olan düyü ehtiyatları 1999-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb.
Bu məlumatı ölkənin Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyi təqdim edib. İyunun sonu - iyulun əvvəlinə olan məlumata görə, özəl sektorda ehtiyatların səviyyəsi 1,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 410 min ton və ya 20% azdır.
Bu, son 25 ilin minimumudur. Bununla yanaşı, cari ilin birinci yarısında düyüyə tələbat 7,02 milyon tona yüksəlib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 110 min ton çoxdur.