Onun sözlərinə görə, THE-nin təsir reytinqində son illərdə Azərbaycan universitetlərindən cəmi 18-i sosial və ekoloji göstəricilər üzrə məlumat paylaşmağa başlayıb:
"Məsələn, ADA Universiteti, Sumqayıt Dövlət Universiteti kimi müəssisələr iqlim fəaliyyətini proqramlarına daxil etməyi planlaşdırır, lakin onların dünya səviyyəsində mövqeləri hələ də çox aşağıdır və onların kampus ekoloji layihələrini genişləndirməyə ehtiyacları var.
"COP29-a ev sahibliyi edən Azərbaycan universitetləri ekoloji hədəflərdən uzaqdır" |
Ekspert qüqayisə üçün qeyd edib ki, Gürcüstanda Tbilisi Dövlət Universiteti ekoloji mərkəzlərə və təhsil proqramlarına investisiya qoyur:
"Türkiyədə Boğaziçi Universiteti yaşıl enerji layihələri ilə tanınır, Rusiya və İranda Moskva Dövlət Universiteti və Tehran Universiteti isə sıfır karbon emissiyası və iqlim dəyişikliyi araşdırmaları sahəsində irəliləyiş əldə ediblər.
Azərbaycan universitetlərinin ekoloji reytinqlərdə mövqelərini yüksəltmək üçün ekoloji layihələrə daha çox investisiya qoyması, enerji və su istifadəsini optimallaşdırması və tələbələri ekoloji problemlərlə bağlı daha çox maarifləndirməsi vacibdir".
Həmidə İbrahimova
AzVision.az