NATO Qrenlandiyaya qoşun göndərmək istəyir
Bildirilir ki, alyans üzvləri ABŞ-nin adaya hücumu halında NATO nizamnaməsinin 5-ci maddəsinə müraciət etmək imkanını nəzərdən keçirirmiş. Lakin bu variant tez bir zamanda rədd edilib, çünki onun həyata keçirilməsi üçün ABŞ da daxil olmaqla NATO-ya üzv 32 ölkənin hamısının yekdil dəstəyi tələb olunacaqdı.
Odur ki, alyansın hər hansı üzvünün “ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi” üçün təhlükə yaranarsa, təcili məsləhətləşmələrin başlanmasına imkan verən 4-cü maddə daha məqsədəuyğun hesab edilib.
Teqlər: