Orban: "Brüssel Avropanın gələcəyini məhv etdi"

  Orban:   "Brüssel Avropanın gələcəyini məhv etdi"
  29 May 2025    Oxunub:307
Brüssel çiçəklənən Avropa xəyalını məhv etdi, onu kabusa çevirdi və Avropanın gələcəyini relsdən çıxardı.
AzVision.az xəbər verir ki , bu barədə Macarıstanın baş naziri Viktor Orban Budapeştdə çıxışı zamanı bildirib.

O bildirib ki, biz Avropa xalqları birləşsək, daha müharibələr olmayacaq, biz firavanlıq və təhlükəsizlik içində yaşaya bilərik.

Baş nazirin sözlərinə görə, Brüssel bu xəyalı oğurlayıb və Avropanın gələcəyini relsdən çıxarıb.

Siyasətçi Brüsselin miqrasiyaya dəstəyini də tənqid edib. O, bunun inteqrasiya deyil, qəsdən əhalinin dəyişdirilməsi olduğunu deyib. Orbanın sözlərinə görə, avropalılar hazırda öz şəhərlərində özlərini təhlükəsiz hiss etmirlər.

AzVision.az




Teqlər:





Xəbər lenti