Naxçıvanda “MEDİAFEST-2025” keçirilir

   Naxçıvanda “MEDİAFEST-2025” keçirilir
  30 May 2025    Oxunub:697
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, mayın 30-u Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “Mediafest-2025” keçirilir.
AzVision.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, tədbir Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan MR Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.






AzVision.az


Teqlər: MedianınİnkişafıAgentliyi   Naxçıvan   MEDİAFEST-2025  





Xəbər lenti