Aysel Əlizadə `Miss-Media`da – FOTOSESSİYA

Aysel Əlizadə `Miss-Media`da – FOTOSESSİYA
  10 Aprel 2015    Oxunub:104028
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı tanınmış yazar, xüsusi təqdimata ehtiyacı olmayan Aysel Əlizadədir.

Aysel Əlizadə 1980-ci il yanvarın 3-ü Bakıda anadan olub. Bakı dövlət Universitetinin məzunudur. Karyerasına teleaparıcı kimi 1998-ci ildə ABA kanalında başlayıb.

“Ora”, “Doğulacaq qadın” (şeirlər), “Göy qurşağı” əsərləri, “Erkekler” romanı, “Təkliyə düzəliş” (şeirlər), “Azad” (Akademik Azad Mirzəcanzadə haqqında bioqrafik kitab) kitablarının müəllifidir.

Aysel deyir ki, hobbisi piano çalmaq və mahnı oxumaqdır: “Ən əsas hobbim isə dietadır (gülür) . Ən sevdiyim cəhətim özümü çox sevməyimdir. Sevmədiyim isə sinir sistemimdəki problemim və yaddaşımın pis olmasıdır. Ən böyük zövqü qızımla vaxt keçirəndə alıram.

Daha bir hobbisi isə rastlaşdığı maraqlı sözləri, terminləri və məlumatları toplamaqdır”.

Yazarın sözlərinə görə, boş vaxtlarında həyat yoldaşı ilə film izləyir.

Saç düzümünə görə usta Doğukan Tanrısevərə təşəkkür (055 - 985-77-89)

Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti