`Ümid` yatağında 4 özül quraşdırılacaq

`Ümid` yatağında 4 özül quraşdırılacaq
  03 İyun 2016    Oxunub:2290
Xəzərin Azərbaycan sektorundakı “Ümid” yatağından indiyədək 955 milyon kubmetr təbii qaz və 153 min ton kondensat hasil olunub.
Bu sözləri Bakıda keçirilən “Caspian Oil & Gas” konfransındakı çıxışında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, yatağın işlənməsi layihəsi çərçivəsində 4 özülün quraşdırılması və həmin özüllərdən 19 istismar quyusunun qazılması üzərində iş aparılır:

`Hazırda “Ümid” yatağında 2 quyu işləyir, bir quyu isə qazılmaqdadır`.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti