Sumqayıtda zavod tikilir
Zavodda ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı nəzərdə tutulur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150-ə yaxın yerli mütəxəssisin işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.
AzVision.az