Energetika Nazirliyində 20 Yanvar anılıb
Tədbir 20 yanavar hadisələrinin işıqlandırılmasında, informasiya blokadasının yarılmasında müstəsna xidmətə malik “Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş, əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadənin nitqi ilə davam edib. Tanınmış jurnalist 20 Yanvar faciəsindən sonra yeganə olaraq "Səhər" qəzetinin bütün çətinliklərə baxmayaraq, Bakıda baş verənləri öz səhifələrində əks etdirməsi, qəzetin matəm nömrəsini 2 milyon tirajla buraxaraq həqiqətlərin çatdırılması kimi mühüm bir işin öhdəsindən necə gəlmələri ilə bağlı xatirələrini bölüşüb.
20 yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan M. Süleymanzadə xatırladıb ki, olduqca mürəkkəb bir vəziyyətdə Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz ulu öndərin səyləri nəticəsində 20 yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb.
Yekun olaraq qeyd edilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində bütün zəruri tədbirlər görülməkdə davam edir.
AzVision.az
Teqlər: