Zakir Həsənov açılış mərasimində iştirak eidb

Zakir Həsənov açılış mərasimində iştirak eidb
  28 İyul 2018    Oxunub:5056
Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.



Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.



AzVision.az


Teqlər:





Xəbər lenti