BBC Kəlbəcərdən reportaj hazırladı: Ermənilər hətta unitazları söküb aparırlar
Bütün bu faktlar ermənilərin Azərbaycana aid ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunmasını indi də davam etdirdiklərini bir daha sübut edir. Xatırladaq ki, hələ oktyabrın 28-də Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində bu faktı bildirib. Dövlətimizin başçısı müsahibəsində deyib:
“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”. Beləliklə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. BBC-nin reportajından da göründüyü kimi, torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.
Azvision.az