`Rusiya Krımdan çıxmalıdır` - ABŞ xəbərdarlıq etdi (VİDEOXƏBƏR)

`Rusiya Krımdan çıxmalıdır` - ABŞ xəbərdarlıq etdi (VİDEOXƏBƏR)
  03 Fevral 2017    Oxunub:3451
ABŞ-ın BMT-dəki yeni nümayəndəsi Nikki Haley Rusiyanı Ukraynanın şərqindəki döyüşlərə görə tənqid edib.

AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ABŞ rəsmisi Rusiyanın təcavüzkar hərəkətlərə yol verdiyi deyib.

Haley bildirib ki, Rusiya qüvvələri yanvar ayından başlayaraq Ukraynanın şərqində vəziyyəti gərginləşdirir: “Rusiya ilə yaxşı əlaqələr qurmaq istəyirik. Ancaq Ukraynanın şərqindəki vəziyyət Rusiyanın fəaliyyətinin nəticəsidir. Ukraynada böhran getdikcə böyüyür. Bu ölkədə şiddədə və döyüşlərə son qoyulmalıdır. Mən Rusiyanı Rusiyanı təcavüzkar hərəkətlərə yol verdiyinə görə qınamaq məcburiyyətindəyəm. Bütün bunlara baxmayaraq, Rusiya ilə əlaqələrimizi inkişaf etdirmək istəyirik”.

ABŞ rəsmisi Rusiyanı Ukraynada döyüşləri dayandırmağa çağırıb. Krımın Ukrayna torpağı olduğunu deyən diplomat vurğulayıb ki, Krım Ukraynaya verilməsə, Rusiyaya tətbiq olunan sanksiyalar ləğv olunmayacaq.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti