Ermənistanın Baş Prokurorluğu: Ciddi nöqsanlar var (Yenilənib)

Ermənistanın Baş Prokurorluğu:  Ciddi nöqsanlar var (Yenilənib)
  02 Aprel 2017    Oxunub:2633
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı ölkənin Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrindən 729 şikayət daxil olub.
AzVision.az-ın erməni mətbuatına istinadən xəbər verir ki, daxil olan şikəylətlərdən 75-də cinayət tərkibinin əlamətləri aşkar olunub polisə və İstintaq komitəsi əlavə yoxlama üçün göndərilib. Qeyd olunub ki, məlumatların 41-i bir şəxsin digər şəxsin yerinə təkrar səsverməsi ilə bağlıdır. 25 halda səsvermənin məxfiliyi pozulub, daha 9 halda isə insanlar azad şəkildə səs verə bilməyiblər.

Ermənistan polisinin operativ qərargahının “qaynar xətt” xidmətinə 08:00-dən 14:00-dək 23 məlumat daxil olub. Beş məlumatr üzrə lazımi məsləhətlər verilib, 14-ü yoxlamaq üçün müvafiq bölmələrə göndərilib, 4 xəbər üzrə sonrakı proses həll olunur.

***

Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı ölkənin Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrindən 225-ə qədər müraciət daxil olub.

AzVision.az-ın "Novosti-Armenia" saytına istinadən verdiyi məlumata görə, daxil olan şikəylətlərdən 57-də Cinayət tərkibinin əlamətləri aşkar olunub.

Belə ki, 46 halda seçki məntəqələrində rüşvət vermə faktı qeydə alınıb. Digər 11 pozuntu isə vətəndaşların sərbəst səkildə səs verə bilməmələri ilə bağlıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Seçki   Rüşvət  





Xəbər lenti