12 saylı internat məktəbinin yetirmələri hazırladıqları müxtəlif bədii proqram, şeir və rəqs nömrələri təqdim edib.
Daha sonra 2 saylı internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ibtidai sinif və yuxarı sinif şagirdlərinin təhsil prosesi ilə maraqlanıb.
İnternat evinin yetirmələri müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri ilə çıxış edib.
Leyla Əliyeva eyni zamanda 12 və 2 saylı internat məktəblərində uşaqların müxtəlif əl işləri ilə tanış olub.
AzVision.az