“Rusiya ilə münasibətlər yaxşı olacaq” – Tramp

“Rusiya ilə münasibətlər yaxşı olacaq” – Tramp
  14 Aprel 2017    Oxunub:2531
"Rusiya-ABŞ münasibətlərində hər şey yaxşı olacaq". AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
“Rusiya və ABŞ arasında hər şey yaxşı olacaq. Vaxtı çatanda hamı özünə gələcək və hər şey qaydasına düşəcək”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Tramp Rusiyanın güclü, ABŞ-ın isə daha güclü ölkə olduğunu bildirmişdi.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   Rusiya   ABŞ  





Xəbər lenti