Bakıda 3 uşaq atası intihar edib

Bakıda 3 uşaq atası intihar edib
  18 Aprel 2017    Oxunub:1961
Bakıda intihar hadisəsi qeydə alınıb.
Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb. Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   İntihar  





Xəbər lenti